10. Ümumiyyətlə onlarda (xəvariclərdə) Dəvət elminin - dəvətin ədəbləri, dəvətin özü və s. - barədə təsəvvürün olmaması. Şəhadət gətirən cahil müsəlmanları görən kimi, öz keçmişlərini unudaraq, qeybdən xəbər verərək "qəlbən demir" və s. deyərək islamdan çıxarıb, onlara haram olduğu halda kafir və ya müşrik damğası vurub dəvəti haram bilirlər. İslam dini isə dəvət dinidir. Uca Alah buyurur: "İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl surəsi, 125.) "(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər kobud, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər". (Ali İmran, 159) Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, qaçırtmayın.” (Buxari) “Kim Allaha, bir də axirət gününə iman gətirmişsə ya xey...