YALAN HAQQINDA GƏLƏN ŞİDDƏTLİ TƏHDİDLƏR
Yalan danışmaq böyük günahdır.
Uca Allah buyurur:
“Vay halına iftiraçının və günahkarın!” (“Casiyə” surəsi, 7)
“Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin;” (“Həcc” surəsi) 30
Əbu Bəkrə nəql edir ki:
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - üç dəfə: “Sizə günahların ən böyükləri barədə xəbər verimmi?”– deyə soruşdu. Səhabələr: “Bəli, ya Rəsulallah!”– deyə cavab verdilər. Peyğəmbər: “Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaqdır, – deyib söykəndiyi yerdən qalxıb oturdu, və yalan söz danışmaqdır”– dedi”. O bunu dalbadal o qədər təkrar etdi ki, mən öz-özümə dedim: “Nə olaydı, o susaydı”. (Səhihdir, Sünən ət-Tirmizi).
Peyğəmbər (sallallahu aleyhi və səlləm) həmçinin demişdir:
«Yalandan çəkinin! Çünki yalan pozğunluğa aparır. Şübhəsiz ki, pozğunluq da Cəhənnəmə aparır. Adam o qədər yalan danışır və yalan axtarır ki, hətta Allah dərgahında yalançı yazılır. Düzgünlüyə riayət edin! Çünki düzgünlük xeyirxahlığa, xeyrxahlıq isə Cənnətə aparır. Kişi o qədər doğru söyləyir və doğrunu axtarır ki, hətta Allah dərgahında doğrunu təstiqləyən (siddiq) yazılır.» (Əbu Davud "Səhih Sünən")
Yalan danışmağın günahı dərəcə baxımından bir-birindən fərqlənir.
Məsələn, Peyğəmbərin adından yalan danışmaq, yalandan Allaha and içmək daha böyük günah hesab edilir. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) nəql edir ki, mən Peyğəmbərin belə dediyini eşitdim:
“Mənim adımdan yalan danışmayın. Kim mənim adımdan yalan danışarsa, qoy Cəhənnəmdəki yerini tutsun.” (əl-Buxari, 106).
Həmçinin, Peyğəmbər demişdir:
“Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan and içmək böyük günahdır” (Səhih əl-Buxari).
Comments
Post a Comment