DİNİMİZ ZALIM RƏHBƏRƏ QARŞI “ALLAHIN HÖKMÜ İLƏ HÖKM VERMƏSƏ BELƏ”, ÇIXMAĞI QADAĞAN ETMİŞDİR
Peyğəmbər (sallallahu aleyhi və səlləm) rəhbər hətta zalım olsa belə, zülmünə qarşı dözməyi və səbirli olmağı və buna görə Allahdan savab diləməyi əmr etmişdir:
“Arxandan vurub malını əlindən alsa da belə, əmrini eşidib ona itaət et! Onlar öz işlərinin, siz də öz işinizin məsuliyyətini daşıyırsınız. Hakiminizin günah etdiyini gördükdə, əməlindən şad olmayın. Buna baxmayaraq ona itaət etmədən əl götürməyin.” (“Səhihi-Müslim” 6-cı cild, səh. 19-20)
Digər rəvayətdə:
"Məndən sonra rəhbərlər olacaqlar. Onlar mənim yolumla getməyəcək, Sünnəmə əməl etməyəcəklər. Onların arasında qəlbi şeytan qəlbi olub insan cildində olan kişilər yetişəcəkdir" Mən dedim: Ey Allahın Elçisi! Mən onları görsəm nə edim? O buyurdu: "Sən Rəhbərin sözünü dinlə və ona itaət et. Hətta səni döyüb malını əlindən alsa da onu dinlə və ona itaət et" .
Müslim: 3/ 1476/ № 1847
Comments
Post a Comment