HAKİMİN SƏHV HÖKM VERMƏSİ
Ummu Sələmə (radiAllahu anhə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:
«Mən bir bəşər övladıyam. Siz, iddialarınıza baxmağım üçün mənə müraciət edirsiniz. Bəziləriniz dəlilini ifadə etməsində digərindən daha bəlağətli olur və mən də ondan eşitdiklərimə görə hökm verirəm. Buna görə də kimin üçünsə qardaşının haqqı olan bir şeyi hökm versəm ondan heç bir şey götürməsin! Çünki ona atəşdən bir hissə vermiş olaram.»
Əbu David "Səhih Sünən"
Comments
Post a Comment