PİS QOHUMLA ƏLAQƏNİ KƏSMƏK OLARMI?
“Ey Allahın elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlarsa mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlarsa mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlarsa mənimlə kobud rəftar edirlər”. O dedi: “Əgər sən deyən kimidirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın davam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziyyətlərini dəf edən) köməkçi olar”.
Uca Allah buyurur:
"Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar". (Fussilət surəsi, 34).
Comments
Post a Comment