"YÜNGÜL VURMAQ DEDİKDƏ MİSVAKLA (DİŞ TƏMİZLƏYƏN KİÇİK ÇÖP) VURMAQ NƏZƏRDƏ TUTULUR"
Uca Allah buyurur:
"Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür." ("ən-Nisa" surəsi, 34)
Ayənin izahında səhabələr və onlardan sonra gələn alimlər demişlər ki, ərinə qarşı itətsizlik edən qadınlara əvvəlcə nəsihət olunur, bu fayda verməsə, o, yataqda tərk edilir, ən son çıxış yolu kimi isə üzə və başa vurmamaq şərtilə yüngül vurulur. İbn Abbas (Allah ondan razı olsun) burada yüngül vurmaq dedikdə misvakla (diş təmizləyən kiçik çöp) vurmağın nəzərdə tutulduğunu demişdir. Burada məqsəd qadını təhqir etmək yox, Allahın hədlərini aşdığını ona xatırlatmaq olmalıdır.
Comments
Post a Comment