VƏFAT ETDİYİ GÜNƏDƏK HEÇ VAXT ÜÇ GÜN DALBADAL BUĞDA ÇÖRƏYİNDƏN DOYUNCA YEMƏMİŞDİR...


ALLAH RƏSULUNUN DOLANIŞIĞI NECƏ İDİ?

Ömər ibn Xəttab demişdir: Bir gün mən Rəsulallahın (salallahu aleyhi və səlləm) yanına gəlib onun həsirin üstündə uzandığını, başını içi xurma lifi ilə doldurulmuş bir yastığa söykədiyini və həsirin də onun böyrünə iz saldığını gördüm və ağlamağa başladım. Rəsulullah məndən: "Niyə ağlayırsan?" deyə soruşdu. Mən dedim: "Xosrov və Qeysər (Fars və Rum padşahları) cah-cəlalləq içində yaşayır, sən isə Allahın rəsulu olduğun halda belə acınacaqlı vəziyyətdə yaşayırsan". Onda Rəsulullah dedi: "İstəmirsən ki, dünya onlara, Axirət isə bizə nəsib olsun?!" (Buxari, 4532)

İbn Məsud rəvayət edir ki, (bir dəfə) Peyğəmbər həsirin üstündə uzanıp yatdı (və həsir onun böyrünə iz saldı). Oyandıqda mən əlimi onun böyrünə sürtə-sürtə dedim: 

“Ya Rəsulullah, izin ver, sənin rahatlığın üçün bu həsirin üstünə yumşaq bir şey sərək”. Onda Rəsulullah belə buyurdu: “Mənimlə dünyanın məsəli, ağacın kölgəsi altında dincini aldıqdan sonra, o kölgəliyi tərk edən atlının məsəlinə bənzəyir” (Sunən ət-Tirmizi, 2/60)


Aişə (radiallahu anhə) demişdir: “Rəsulullah (sallahu aleyhi və səlləm) vəfat edənədək Muhəmmədin ailəsi iki gün dalbadal arpa çörəyindən doyunca yeməmişdir." (Muslim, Tirmizi)

Başqa rəvayətdə Aişə (radiallahu anhə) demişdir: “Muhəmmədin (sallahu aleyhi və səlləm) ailəsi Mədinəyə gəldiyi gündən onun vəfat etdiyi günədək heç vaxt üçgün dalbadal buğda çörəyindən doyunca yeməmişdir” (Səhih əl-Buxari, 5416).


Bu dəlildir ki, Rəsulullah evində nəinki bir illik, yaxud bir aylıq və ya bir həftəlik ərzaq ehtiyatı saxlayar, hətta bir neçə günlük belə evində ərzaq olmazdı. Əksinə, Rəsulullah dua edib deyərdi:

“Allahım, Muhəmmədin ailəsinə gündəlik yemək nəsib et!” (Səhih əl-Buxari, 6460).

Aişə demişdir: "Olurdu ki, biz -- Muhəmmədin ailəsi bir ay od qalamırdıq (isti yemək bişirmirdik). Evimizdə ancaq xurma və su olardı" (Buxari, 2428)

Malik ibn Dinar demişdir: "Rəsulullah nadir hallar istisna olmaqla, çörəkdən və ətdən doyunca yeməmişdir. Mən bədəvilərin birindən: "Nadir hal nədir?" - deyə soruşdur. O: "Camaatla bir yerdə yemək yeməsidir" - deyə cavab verdi". (Əhməd, Əbu Yalə)


Ənəs (radiallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinədə ikən öz zirehini bir yəhudinin yanında girov qoymuş və bunun əvəzinə ondan ailəsi üçün arpa çörəyi götürmüşdü (Səhih əl-Buxari, 2069);


















Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?