XƏVARİCLƏRİN MÜSƏLMANA ZİDD, SƏFEH, AĞILDAN NAQİS OLMALARINA DAİR ƏLAMƏTLƏR
10. Ümumiyyətlə onlarda (xəvariclərdə) Dəvət elminin - dəvətin ədəbləri, dəvətin özü və s. - barədə təsəvvürün olmaması. Şəhadət gətirən cahil müsəlmanları görən kimi, öz keçmişlərini unudaraq, qeybdən xəbər verərək "qəlbən demir" və s. deyərək islamdan çıxarıb, onlara haram olduğu halda kafir və ya müşrik damğası vurub dəvəti haram bilirlər. İslam dini isə dəvət dinidir.
"İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl surəsi, 125.)
"(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər kobud, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər". (Ali İmran, 159)
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
“Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, qaçırtmayın.”
(Buxari)
“Kim Allaha, bir də axirət gününə iman gətirmişsə ya xeyir söz söyləsin, ya da sussun.” (Buxari)
Qeyd: İlk öncə Allah insanları Öz dininə hikmətlə dəvət etməyi tövsiyə edir. Yəni, dəvət vaxtında, dəqiq və şəraiti nəzərə almaqla olmalıdır. Tələsmək arzuolunmaz sonluqla nəticələnə bilər. Buna ən gözəl misal yenə Peyğəmbərimizdir.
İnsanların ən xeyirlisi Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) olduğu təqdirdə Uca Allah hətta ona da dəvətdə hikmətli olmağı əmr edir.
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) belə demişdir: «İnsanlarla onların başa düşdüyü tərzdə danışın. Allah və onun rəsulunun təkzib (inkar) olunmasınımı istəyirsiniz?» (Buxari)
İbn Məsud (radiyallahu anhu) da: “Bir topluma dərk etmədikləri şeylərdən danışsanız, bu, bəziləri üçün fitnə-fəsad olar”. (Müslim)
Comments
Post a Comment