"İKİ ŞEYTANDIR"
İyad ibn Himar (radiallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:
«Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olasınız, bir-birinizə təcavüz etməyəsiniz və bir-birinizin yanında lovğalanmayasınız.» Mən dedim: «Ey Allahın Elçisi! De görüm, əgər bir nəfər məni məndən də çox nöqsanı olan bir toplum içində söysə, mən də ona cavab qaytarsam, buna görə günah qazanarammı?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Söyüşən iki nəfər, bir-birini təqsirləndirən və bir-birinə yalan söyləyən iki şeytandır». (Əbu Davud, əl-Buxari)
Comments
Post a Comment