UZUNÇULUĞUN BƏYƏNİLMƏMƏSİ 2
QƏLİZ DANIŞMAQ BARƏDƏ
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
«Mənə cavamiul-kələm (qısa kəlimələrdən ibarət ancaq geniş mənaları əhatə edən sözlər verildi» (Müslim)
Digər rəvayətdə:
“Mən yığcam kəlmələrlə peyğəmbər göndərildim” (Buxari, 2977)
Peyğəmbər (sallallahu aleyhi və səlləm) danışdıqda elə danışardı ki, kəlmələri saymaq istəyən saya bilərdi. (Buxari, Muslim)
Aişə (radiallahu anhə) demişdir:
“Rəsulullah sizin kimi tələm-tələsik və qatma-qarışıq danışmazdı. Əksinə, həm aydın, həm də aramla elə danışardı ki, yanında oturanlar onun dediklərini yadda saxlayardılar.” (Buxari, Muslim)
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözləri nə uzun yorucu, nə də ki qısa faydasız olardı. Özü də nə kobudluq edər, nə də bir kimsənin mənliyinə toxunardı. O, nə söyüşcül, nə də bazarda qışqırbağır salan bir adam deyildi, həm də pisliyi pisliklə dəf etməz, əksinə, əfv edər və bağışlayardı. (Buxari)
Uca Allah onun haqqında belə buyurur:
"Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir" (Ali İmran, 159).

Comments
Post a Comment