ŞEYTANIN ƏN ÇOX RAZI QALDIĞI ƏMƏL
Cabir ibn Abdullah Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:
“Şeytan taxtını su üzərində qurur sora öz dəstələrini fəsad törətməyə göndərir. Ona ən yaxın olan, insanları ən çox azdıranlardan biri geri dönüb deyir: “Filan əməlləri etdim” Şeytan narazılıqla: “sən heç nə etməmisən” deyər. Başqa biri gəlib deyir “bir kişi ilə xanımı boşanmayınca, onlardan əl çəkmədim”. Şeytan onu vəzifələndirir və özünə daha yaxın edir” (Müslim, Əhməd)
Comments
Post a Comment