UĞURSUZLUĞA İNANMAQ ŞİRKDİR



Bir dəfə Allah Rəsulunun (sallallahu aleyhi və səlləm)  yanında uğursuzluqdan söz açıldı. Rəsulullah uğursuzluq haqda buyurdu:


“Pis əlamət yoxdur , Ən yaxşısı (ən gözəl şey (bir hadisəni)) xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın! Uca Allahın gücü və qüdrəti hər şeyə yetər. Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun:


“Allahummə lə yəti bil-həsənəti illə əntə va lə yədfəus seyyiəti illə əntə və lə havlə və lə quvvatə illə bik". (Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir). (Əbu Davud "Səhih Sünən")

“Uğursuzluğa inanmaq şirkdir, ona inanan adam heç vəchlə bizdən deyil.. Lakin Allaha təvəkkül etsən, onu səndən uzaqlaşdırar.” (Tirmizi)


Peyğəmbər (sallallahu aleyhi və səlləm) həmçinin belə demişdir:

“Kim işin nəhs gətirməyinə inanıb işindən qalsa, şirk etmiş olur.” Soruşdular: “Bəs bu günahı nə ilə yumaq olar? Dedi: “İlahi, nə Sənin xeyrindən başqa xeyir yoxdur, nə də Sənin uğursuzluğundan başqa uğursuzluq yoxdur. Səndən başqa ilahi yoxdur.” (Əhməd)

“Nəhs gətirmə — adamı hər hansı addımı atmağa və ya ondan çəkindirməyə deyilir.” (Əhməd)

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?