QOHUMLARINIZLA ƏLAQƏLƏRİ MÖHKƏMLƏNDİRMƏK ÜÇÜN ƏSİL-NƏCABƏTİNİZİ ÖYRƏNİN




(72) – Cubeyr ibn Mut'im (radiyallahu anhu) rəvayət edir ki, mən Ömərin min­bərdə belə dediyini eşitdim: “Əsil-nəcabətinizi öyrənin, sonra da qohumlarınızla əlaqələri möhkəmləndirin. Allaha and olsun ki, hər kəsin öz qardaşı ilə arasında inciklik ola bilər. Əgər qarda­şın­dan in­ci­yən kimsə aralarındakı qohumluq əlaqəsinin mahiyyətini bilsə, bu onu əlaqələri kəsməməyə təhrik edər”.


İsnadı həsəndir


İbn Abbas (radiyallahu anhumə) demişdir: “Əsil-nəcabətinizi qoruyun, qo­hum­­larınızla əlaqələri möhkəmləndirin. Çünki qohum nə qədər uzaq olsa da sən onunla əlaqəni möhkəmləndirsən, uzaq sayılmaz, həm­çi­­nin qo­hum nə qədər yaxın olsa da sən onunla əlaqəni kəssən, ya­xın sayıl­maz. Qiyamət günü hər bir qohumluq əlaqəsi öz sahi­binin önünə gələ­cək və əgər qohumluq əlaqələrini möhkəmlən­dir­mişsə, möh­kəmlən­dirdiyinə, onu kəsmişsə, kəsdiyinə şahidlik edəcək.”



İsnadı səhihdir 

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?