İNSANIN ƏN ÇOX ŞƏR DOLDURDUĞU TULUQ
Yemək bol olduğu qonaqlıqlarda belə Peyğəmbər (sallallahu aleyhi və səlləm) ehtiyacını ödəyəcək qədər yeyər və qarnını yeməklə doldurmazdı. Hədislərin birində Peyğəmbər belə buyurmuşdur:
“İnsanın ən çox şər doldurduğu tuluq – onun qarnıdır. Adəm övladına belini dik tutacaq qədər az miqdarda loxmalar yemək bəs edər. Və əgər daha çox yemək istəyərsə, onda mədəsinin üçdə birini yemək üçün, üçdə birini su üçün, üçdə birini də hava üçün ayırsın” (Silsilətul-Əhadisis-Səhihə)
İbn Rəcəb demişdir: “Bu hədis tibbin bütün əsaslarını özündə cəm edən bir bünövrədir. Rəvayət edilir ki, (hicrətin 243-cü ilində vəfat etmiş, nəsrani) həkim İbn Əbu Masiveyh, Əbu Xeysəmənin kitabında bu hədisi oxuduqdan sonra demişdir:
“Əgər insanlar bu hədisdə deyilənə əməl etsəydilər, sağlam olardılar, beləliklə də, nə bir xəstəxana qalardı, nə də bir əzcaxana.” Demək, bütün xəstəliklərin səbəbi həddən ziyadə yeməkdir (Camiul-Ulum vəl-Hikəm, 47-ci hədisin şərhi).

Comments
Post a Comment