İMTAHANLARA SƏBR EDİB ALLAHA ŞÜKR EDƏNLƏRİ BÖYÜK MÜKAFAT GÖZLƏYİR.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
"Mükafatın böyüklüyü bəlanın böyüklüyünə görədir. Həqiqətən, Allah bir qövmü sevərsə, onlara bəla verməklə imtahan edər. Kim razı olarsa, Allahın razılığını qazanar. Kim qəzəblənərsə, Allah da ona qəzəblənər". (Tirmizi)
"Allah bir qulunu sevərsə, onu bəlalarla imtahan edər". (Tirmizi)
Səhabələrin başlarına müsibət gəlməyəndə deyirdilər ki, görəsən hansı günahımıza görə Allah bizə müsibət göndərmir? Müsibət gələndə deyərdilər ki, görəsən biz hansı xeyirli əməl etmişik ki, Allah bizə bunu göndərib?
Böyük alim Həsən Bəsri (Allah ona rəhmət etsin) demişdir:
"Siz səhabələri görsəydiz onları (dinlərinə tam bağlı olduqları üçün) dəli hesab edərdiniz. Onlar (səhabələr) isə sizi görsəydilər, sizi müsəlman zənn etməzdilər".
Comments
Post a Comment