ONU SÖYMƏ!
Suleym ibn Cabir əl Huceymi (Allah ondan razı olsun) demişdir:
“Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldim. O, bir paltarda dizlərini qatlayıb baldırlarını bir-birinə keçirərək oturmuşdu. Paltarın ətəyi onun ayaqlarının üstündə idi. Mən dedim: “Ey Allahın Elçisi! Mənə nəsihət et!” Peyğəmbər dedi: “Allahdan qorx, yaxşı işləri heç vaxt dəyərsiz hesab etmə, hətta su istəyən kimsənin qabına öz qabından su töksən belə və yaxud gülərüzlü halda qardaşınla söhbət etsən belə. Paltarının ətəyini (topuqdan aşağı) uzatmaqdan çəkin. Çünki bu, təkəbbürlükdəndir və Allah bunu sevmir. Əgər bir adam səndə olan nöqsanı bilib sənə eyib tutarsa, sən onda olan nöqsanı bildiyin halda ona eyib tutma. Burax onu, qoy günahı öz boynuna olsun, savab isə sənə qalsın. Onu söymə!” Mən o vaxtdan bəri nə bir heyvanı, nə də bir insanı söymədim”. (Buxari).
Qeyd: Söyüş söymək, dava-dalaş salmaq günahdır. Bunların hamısı şeytan əməlindəndir. Bunun axırı həm bu dünyada, həm də axirətdə pis nəticələnə bilər. Görürsən ki, söyüş söyməyə görə insanlar bir-birilərini öldürür.
Comments
Post a Comment