RƏSULULLAH (SALLALLAHU ALEYHİ VƏ SƏLLƏM) BU DUANI OXUDUQDA ŞEYTANLARIN ATƏŞİ SÖNDÜ VƏ ALLAH ONLARI MƏĞLUB ETDİ



Əbu Teyyah, Əbdürrəhman b. Hanişə soruşdu:

"Sən Rəsulullahın (sallallahu aleyhi və səlləm) vaxtında yaşadın və onu gördün"

"Bəli" dedi

"Bəs şeytanların Rəsulullaha hücum etdiyi gecə o nə etdi"? Deyə soruşdu. Belə cavab verdi:

"Şeytanlar o gecə yamac və vadilərdən Rəsulullahın üzərinə endilər (hücum etdilər). Hətta şeytanlardan birinin əlində alovlu bir məşəl vardı. Onunla Rəsulullahın üzünü yandırmaq istəyirdi. Amma Allah onu qorudu. Cəbrayıl (aleyhi-s-sələm) dərhal enib Rəsulullaha bu duanı oxumasını əmr etdi:

"Allahın yaratdığı və çoxaltdığı şeylərin şərindən, göydən enən və göyə çıxan şeylərin şərindən, gecə və gündüzün fitnələrinin şərindən, xeyirlə gələndən başqa gecə gələn hər şeyin şərindən Allaha pənah aparıram 

Əbu Asim Əbu Hənifə Müsnəd

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?