BİR KƏSİN RƏHBƏRƏ QARŞI BƏD DUA ETDİYİNİ GÖRSƏN ONUN BİDƏTÇİ OLDUĞUNU BİL
"Rəhbərlərinizi söyməyin, aldatmayın və onlara nifrət etməyin. Allahdan qorxun və səbir edin. Həqiqətən nicat yaxındadır". (əl-Beyhəqi “Şüəb” 6/96. Həsən)
Alimlərdən biri deyir: "Biz hətta zülmkar rəhbərlərimizə və hakimlərimizə qarşı çıxmağın, onlara qarşı bəd dua etməyin tərəfdarı deyilik. Həmçinin onlara itaətsizlik göstərməyi də dəstəkləmirik. Onlara itaət etmək Allah taalaya itaətdir. Yalnız bir halda, Allaha asiliyi əmr etsələr o zaman onlara itaət etmirik. Onlar üçün islah edilmə və bağışlanma duaları edirik".
Digər alim bu məsələni təkid edərək deyir: "Bir kəsin rəhbərə qarşı bəd dua etdiyini görsən onun bidətçı olduğunu bil. Bir nəfərin isə rəhbərin islah edilməsi üçün dua etdiyini görsən bil ki o Peyğəmbərin Sünnəsinə əməl edəndir, inşallah".
Bəzi alimlər deyirlər: "Əgər mənim dualarım qəbul edilsəydi ancaq rəhbər üçün dua edərdim".
Bizə zülm və haqsızlıq etmələrinə baxmayaraq onlara qarşı deyil, onların islah edilmələri üçün dua etmək əmr edilmişdir. Çünki onların zülm və haqsızlıqları özlərinə və müsəlmanlara yönəlir. Islah olunmaları da özləri və müsəlmanlar üçündür.
Alimlərin birindən rəhbər üçün dua etməkdən imtina edən kimsə haqda soruşulduqda belə demişdir: "Bu həmin adamın cahil və bəsirətsiz olduğundan irəli gəlir. Rəhbər üçün dua etmək Allah taalaya ən gözəl itaət və ibadət, Allah və bəndələri üçün edilən nəsihətdir.
Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dovs qəbiləsinin asilik etmələri haqda xəbər verildikdə buyurmuşdur:
"Allahım dovsə hidayət ver və onları gətir, Allahım dovsə hidayət ver və onları gətir!"
Peyğəmbər (sallallahu aleyhi və səlləm) insanlar üçün xeyirli dua edərdi. Insanların xeyirli duaya ən layiqlisi, rəhbərdir. Çünki rəhbərin islah edilməsi ümmətin islahı deməkdir. Onun üçün dua etmək ən əhəmiyyətli dua və nəsihətdir".
Comments
Post a Comment