"BU SÖZÜNƏ GÖRƏ ONA EYİB TUTDULAR"
Səlim ibn Əbu əl-Cad demişdir: Bir kişi (Onun Xuzaadan olduğunu güman edirəm) dedi: Kaş ki, namazı qılıb rahatlanardım. Orada olanlar sanki bu sözünə görə ona eyib tutdular. O dedi: Mən Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: «Ey, Bilal namaza iqamə ver, bizi namazla rahatlaşdır.»
Əbu Davud "Səhih Sünən"
Qeyd: Onlar namazı uzun və xuşu ilə qıldıqları üçün rahatlaşırdılar. Biz isə tələm-tələsik, fikrimiz dünya işlərində olan halda qıldığımız üçün yoruluruq.
Comments
Post a Comment