QOHUMLUQ ƏLAQƏLƏRİNİ KƏSƏNİN GÜNAHI
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
“Qohumluq əlaqələrini kəsən kimsə Cənnətə daxil olmaz”.
“Qohumluq əlaqəsi ər-Rəhmandan bir şəcnədir1. O deyir: “Ey Rəbbim! Mənə zülm edildi. Ey Rəbbim! Məni kəsdilər. Ey Rəbbim! Mənə..., mənə...”. Rəbbi də ona: “Səni kəsəni kəsməyimə, birləşdirəni də birləşdirməyimə razı deyilsənmi?!”– deyə cavab verir.
Səid ibn Səm'an deyir ki, mən Əbu Hureyranın (Allah ondan razı olsun) körpələrin və səfehlərin hökmranlığından Allaha sığındığını eşitdim. İbn Həsənə əl-Cuhəni deyir ki, mən Əbu Hureyradan soruşdum: “Bunun əlaməti nədir?” O dedi: “(O vaxt) qohumluq əlaqələri kəsiləcək, azğınlığa aparan adama itaət ediləcək və doğru yol göstərəni saymayacaqlar”.
Comments
Post a Comment