"KİM ZARAFATLA BİR ŞEY GÖTÜRƏRSƏ..."



Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

«Sizdən biriniz qardaşının əşyasını zarafatla, yaxud ciddi olaraq götürməsin. Kim qardaşının əl ağacını götürmüşsə, qoy onu qardaşına qaytarsın.» (Əbu Davud "Səhih Sünən")

Abdurrahman ibn Əbu Ləylə rəvayət edir ki, Muhəmmədin səhabələri bizə belə danışdı. Onlar Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə səfər edərkən onlardan biri yatdı. Bu zaman səhabələrdən bəziləri gedib o səhabənin yanındakı kəndiri götürdü və o səhabə də qorxdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Bir müsəlmanın, başqa müsəlmanı qorxutması halal deyil» (Əbu Davud "Səhih Sünən")

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?