ŞEYTAN İNSANA NƏ ZAMAN HAKİM OLUR
Əbdürrəhman ibn Ziyad deyir:
"Bir gün Musa (aleyhissələm) oturarkən yanına şeytan gəlir və: "Salamun aleykum, ya Musa!" deyir. Musa ona:
"Kimsən?" Deyə soruşur. O da:
"Şeytanam" deyir. Musa:
"Allah sənə rəhmət etməsin, niyə gəlmisən?" Deyir. Şeytan:
"Sənin Allah dərgahındakı mövqeyinə görə sənə salam verməyə gəldim" deyər. Musa:
"Bəs üzərindəki nədir"? Deyir. Şeytan:
"Onunla insan oğlunun qəlbini sapdırıram" deyir. Musa:
"Bəs insan nə etdiyi zaman ona hakim olursan?" Deyə soruşur. Şeytan:
"Özünü bəyəndiyi, əməlini çox gördüyü və günahlarını unutduğu zaman ona hakim oluram. Səni üç şeydən çəkindirirəm ey Musa! Sənə halal olmayan bir qadınla heç vaxt tək qalma, çünki mütləq aranıza fitnə salaram. Söz verdiyin zaman mütləq yerinə yetir. Yerinə yetirə bilməyəcəyin sözü vermə, çünki mən verilən sözün yerinə yetirilməməsi üçün söz sahibi ilə sözünün arasına girirəm. Sədəqə verən zaman gecikdirmədən dərhal ver. Çünki mən sədəqə verməyə niyyət edib dərhal verməyənin sədəqə verməsinə mane oluram".
"Şeytanın Hiylələri" İbnul-Cevzi
Comments
Post a Comment