QOHUMLUQ ƏLAQƏLƏRİNİ BİRLƏŞDİRMƏK VACİB ƏMRDİR
Uca Allah buyurur:
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! (ən-Nisa surəsi, 1).
"Xeyirxah insanlar mal-dövləti çox sevmələrinə baxmayaraq, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edənlərdir...” (əl Bəqərə surəsi, 177).
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki:
“Ən yaxın qohumlarını qorxut!”1 – ayəsi nazil olduqda Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayağa qalxıb uca səslə çağırıb dedi: “Ey Kə'b ibn Luey oğulları! Özünüzü Oddan xilas edin. Ey Abdumənaf oğulları! Özünüzü Oddan xilas edin. Ey Haşim oğulları! Özünüzü Oddan xilas edin. Ey Abdulmuttalib oğulları! Özünüzü Oddan xilas edin. Ey Muhəmmədin qızı Fatimə! Özünü Oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Yalnız sizinlə qohumluq əlaqələrim olduğu üçün sizə yaxşılıq edirəm”.
Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) səfərdə ikən bir bədəvi gəlib ona dedi: “Məni Cənnətə yaxınlaşdıracaq və Cəhənnəmdən uzaqlaşdıracaq əməl barədə mənə xəbər ver”. O dedi: “Allaha ibadət et, Ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmləndir”
Comments
Post a Comment