"MƏN ELƏ İNSANLAR GÖRMÜŞƏM Kİ, ONLAR DOYUNCA YEMƏKDƏN DAHA ÇOX AC QALARDILAR"
Nafi rəvayət edir ki, bir dəfə bir nəfər ibn Ömərə cəvariş deyilən bir dərman gətirdi. İbn Ömər ondan: “Bu nədir?”– deyə soruşduqda, adam: “Bu, yeməyi həzm edən bir dərmandır”– deyə cavab verdi. Onda İbn Ömər dedi: “Bu dərman mənim nəyimə gərəkdir?! Elə bir ay olmayıb ki, həmin ayda mən doyunca yemək yeyim. Mən elə insanlar görmüşəm ki, onlar doyunca yeməkdən daha çox ac qalardılar” (Hilyətul-Övliya, 1/300).
Burada İbn Ömər Peyğəmbər və onun səhabələrini qəsd edir.
Comments
Post a Comment