"SİZİN ONLARLA XOŞ DAVRANMAQDAN BAŞQA HAQQINIZ YOXDUR"




Peyğəmbər (sallallahu aleyhi və səlləm) vida həccinin xütbəsində demişdir:


«Qadınlarla xoş davranın. Onlar sizin məsuliyyətinizdədirlər. Sizin onlara qarşı xoş davranmaqdan başqa haqqınız yoxdur. Yalnız əgər açıq-aşkar pis-fahiş iş görsələr o zaman onları yataqdan ayırın, elə də güclü olmayan şəkildə vurun. Əgər onlar sizə itaət etsələr bundan artığını edib zülm etməyin. Həqiqətən sizin qadınlar üzərində, qadınların da sizn üzərinizdə haqqı vardır. Sizin qadınlar üzərində haqqınız, onların sizin evinizə xoşlamadığınız kimsələri buraxmamaqdır. Qadınların sizin üzərinizdə olan haqqları isə, geyim və qida ehtiyaclarını ödəməklə onlara xoş münasibət bəsləməkdir»

İbn Macə: № 1501. Tirmizi: 2/ 315/ № 1173.

Uca Allah həmçinin buyurur:

"Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir." (əl-Bəqərə, 228)


«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, var-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar...» (ən-Nisa: 34)


Ayədə hər iki tərəfin haqlarının olması ilə yanaşı, tabeçilik baxımından kişinin qadından üstün olduğu bildirilmişdir. Tabeçilik vacibdir, bunun olmadığı müasir qeyri-islam cəmiyyətlərində ailə dəyərlərinin artıq məhv olub getdiyinin şahidiyik.

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?