"BU, ONUN ÜÇÜN SƏDƏQƏ SAYILIR!"
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
“Hər bir müsəlman sədəqə verməlidir”. (Səhabələr) dedilər: “Bəs (sədəqə veməyə bir şey) tapa bilməsə necə?” O dedi: “Əllərinin zəhməti ilə qazanıb həm özünə xeyir qazansın, həm də (ehtiyacı olanlara) sədəqə versin”. Dedilər: “Bəs (bunu) bacarmasa, yaxud etməsə necə?” O dedi: “Yardım istəyən ehtiyac sahibinə yardım etsin”. Dedilər: “Bəs (bunu) edə bilməsə necə?” O dedi: “Qoy xeyirxah işlər görməyi, yaxud yaxşılıq etməyi əmr etsin”. Dedilər: “Bəs (bunu) edə bilməsə necə?” O dedi: “Qoy yaramaz işlərdən əl çəksin. Çünki bu, onun üçün sədəqə sayılır”.
Səhihdir, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / 115-ci fəsil, 225
Comments
Post a Comment