RƏHBƏRƏ HÖRMƏT BƏSLƏMƏK VƏ YAXŞILIQ ETMƏK
VƏZİYYƏTİ ƏVVƏLKİ HALINA QAYTARMAYINCA ONUN TÖVBƏSİ QƏBUL EDİLMƏZ
Müaviyyə (radiallahu anhu) deyir:
"Əbu Zərr (radiallahu anhu) Rəbzə deyilən yerə getdikdə İraqdan olan bir dəstə onun qarşısına çıxdılar və dedilər: Ey Əbu Zərr! Biz sənə qarşı edilənləri eşitmişik. Sən sadəcə olaraq bir çağırış et, istədiyin qədər kişi sənin köməyinə toplanar. Əbu Zərr dedi: Ey müsəlmanlar! Tələsməyin, mən Peyğəmbərin belə buyurduğunu eşitim:
"Məndən sonra sultan (rəhbər) olacaqdır. Ona hörmət edin. Kim ondan inciyib ona qarşı çıxarsa İslamda yeni cəbhə yaratmış olar. Vəziyyəti əvvəlki halına qaytarmayınca onun tövbəsi qəbul edilməz"
İbn Əbu Asimin "Sünnə" kitabı: 2/ 499. Albani "Zilalul Cənnə" kitabı səh: 499-da hədisin səhih olduğunu qeyd etmişdir.
Əbu Bəkrə (radiallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişdir:
"Kim dünyada Allah taalanın sultanına yaxşılıq edərsə, Allah taala ona qiyamət günü yaxşılıq edər. Kim dünyada Allah taalanın sultanını təhqir edərsə, Allah taala də onu qiyamət günü təhqir edər"
Tirmizi: 4/ 535/ № 2224. Əhməd: 5/ 42. Albani "Silsilətus Səhihə" kitabı 5/ 376-da hədisin həsən olduğunu demişdir.
Comments
Post a Comment