ZALIM QOHUMLA ƏLAQƏLƏRİ MÖHKƏMLƏNDİRMƏYİN FƏZİLƏTİ





"Bəra (radiyallahu anhu) rəvayət edir ki, bir bədəvi gəlib dedi: “Ey Allahın peyğəmbəri! Mənə elə bir əməl öyrət ki, o məni Cənnətə salsın”. O dedi: “Müraciəti qısa etsən də, məsələni (məna baxımın­dan) ge­niş­lət­miş oldun. Kölə azad et, yaxud kimsəni köləlikdən azad et”. (Bə­dəvi) dedi: “Məgər ikisi də bir şey deyilmi?” O dedi: “Xeyr! Kölə azad etmək (yalnız öz vəsaitinlə) onu azad etməyin, kimsəni kö­lə­likdən azad etmək isə kölənin azad edil­məsinə köməklik göstər­mə­yindir. (Habelə, ya­xınlarına) bol-bol süd ve­rən qoyun bağışla, qo­hum­lara qənimətdən pay ver. Bunu bacarmasan, (insanlara) yaxşı iş­lər görməyi əmr et və (onları) pis işlərdən çəkindir. Bunu da ba­car­masan, onda heç olmasa dilini saxla, ancaq xeyir söy­lə”


Səhihdir

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?