"O, DƏLİLLƏRİ DİLƏ GƏTİRMƏKDƏ HAQQ SAHİBİNDƏN DAHA GÜCLÜ OLA BİLƏR"


Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:


«Həqiqətən bəlağətin bir qismi sehrdir.» Onun mənası budur: «Həqiqət adamın əleyhinə olar. O, dəlilləri dilə gətirməkdə haqq sahibindən daha güclü ola bilər. (Bu adam) danışığı ilə adamları sehirləyər və haqqı özü ilə aparar.

«Bəzi elmlər də cəhalətdir» sözünə gəldikdə isə, (onun mənası budur:) Bir alim bilmədiyi bir mövzuda özünü danışmağa məcbur edər, bu da onun cahilliyini ortaya çıxarar.

«Şerdən bir qismi hikmətdir» sözünə gəldikdə, o, öyüdlər və insanların ibrət aldığı məsələlərdir.

«Bəzi sözlər də bir günahdır» sözünə gəldikdə, bu sözünü və söhbətini onu maraqlandırmayan və dinləmək istəməyən adamlara danışmağındır.»


Əbu Davud “Səhih Sünən”

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?