PEYĞƏMBƏR (SALLALLAHU ALEYHİ VƏ SƏLLƏM) XƏVARİCLƏRİ SƏFEH VƏ AĞILDAN NAQİS ADLANDIRMIŞDIR


Xəvariclərin səfeh, ağıldan naqis olmalarına dair əlamətlərdən digəri


9. Nəinki İslama, insanlığa yaraşmayan hər cür vəhşilikləri edirlər. Bunlardan biri də, insanlara işgəncələr verib, diri – diri yandırırlar


Halbuki

Dinimizdə nəinki Allahın əzabı (atəşlə) ilə əzab vermək, hətta lənət etmək belə haramdır!

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir:

"Allahın əzabı ilə əzab verməyin!” (Buxari)

"Bir-birinizi Allahın lənəti və qəzəbi ilə, həmçinin odla lənətləməyin". (Əbu Davud)

“Dünyada insanlara işgəncə tətbiq edənlərə Allah da o biri dünyada cəza verir”. (Muslim, Əbu Dəvud)

Rəvayətə görə bir dəfə ən zalım düşmənlərdən biri əsir düşüb müsəlmanların əlinə keçmişdi. Bəzi adamlar ona əzab vermək istədilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu qətiyyətlə qadağan edib dedi:

“Mən ona işgəncə vermərəm. Əgər belə etsəm, peyğəmbər olsam belə, Allah məni də eyni qaydada cəzalandırar”. (İslam ensiklopediyası)

Peyğəmbər (sallallahu aleyhi və səlləm) haqlı cəzalandırma vaxtı belə, kiminsə üzünə vurmağı pisləmişdir. (Müslim, Birr, 113.)

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?