Cabir (radiallahu anhu) dedi ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) Uhud şəhidlərini iki-iki cəm edir, sonra deyirdi: “Quranı hansı daha çox bilirdi?” İkisindən biri göstərilsə onu qəbirdə qabağa qoyurdu.
Şəfa tapmaq üçün səbəblərdən olan olduqca faydalı “TƏLBİNƏ” yeməyi haqqında və hazırlanması Aişə (Allah ondan razı olsun) xəstələnən və ölüsü üçün hüznlənən insana təlbinə yeməyi tövsiyyə edərdi. O belə deyərdi: “Mən Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini eşitdim: “Təlbinə xəstənin qəlbinə rahatlıq gətirir, qəlbi canlandırır, hüzn və kədərindən müəyyən qədər azaldır”. (Səhih Buxari, 5325) Aişə (Allah ondan razı olsun) bildirir ki, onun qohumlarından kimsə dünyasını dəyişdikdə qadınlar toplaşıb sonra dağılaşaraq (evlənirə geri dönürdülər), yalnız öz qohum-əqrəbası və yaxın rəfiqələri qalardılar. O (Allah ondan razı olsun) bir qazan təlbinə bişirilməsini xahiş edirdi. Sonra “sarid” (ət və çörəkdən hazırlanmış yemək) hazırlanırdı və təlbinəni bunu üstünə tökərdilər. Aişə (Allah ondan razı olsun) qadınlara üz tutaraq “Bundan yeyin, çünki mən Allahın Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini eşitdim: “Təlbinə xəstənin qəlbini yüng...
Peyğəmbər (səllallahu aleyhi və səlləm) Həsən və Hüseyni (Allah onlardan razı olsun) qorumaq üçün belə dua edərdi: "Uiyzukumə bikəliməətilləəhit-təəmməti min kulli şəytanin və həəmmətin və min kulli aynin ləəmmətin" (Duanın tərcüməsi: Hər bir şeytandan, zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəlmələrinə həvalə edirəm). əl-Buxari, 4/ 119 http://zikr.az/node/12377
“Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir” Bəqərə surəsi, 268-ci ayə
Comments
Post a Comment