SİZ PEYĞƏMBƏRLİKLƏ ƏYLƏNMƏKMİ İSTƏYİRSİNİZ?



Allah Rəsulu (salallahu aleyhi və səlləm) mütləq yuxuları yozmağı və yuxu yozumuna görə hərəkət etməyi bizə buyurmayıb. Həmçinin bilmək lazımdır ki, hər kəs yuxu yoza bilməz. Bunu ancaq bu sahədə bilikli adamlar (yuxu yozmağı bacaran bir alim) etməlidirlər. Peyğəmbər (salallahu aleyhi və səlləm) demişdir:


“Peyğəmbərlikdə (yəni peyğəmbərliyin əlamətlərindən) yalnız müjdələr qalmışdır.” (Səhabələr): “Müjdələr nədir?”– deyə soruşdular. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) “Gözəl yuxudur!”– deyə cavab verdi.” (əl-Buxari)

İmam Malikə "hər kəs yuxu yoza bilərmi?"- deyə sual verildikdə, o “Siz peyğəmbərliklə əylənməkmi istəyirsiniz?”-deyə cavab vermişdir.

Yuxunu yalnız onu düzgün yozmağı bacaranlar yozsun. Əgər yaxşı yozumu varsa, onu xəbər versin. Yox əgər xoşa gəlməz yozumu varsa ya xeyir söyləsin, ya da sussun”.

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?