DUA
İbn Abbas (radiallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) tez-tez dua edərək deyərdi:
«Allahım! Pis qonşudan və vaxtından əvvəl saçlarıma dən salan ərdən (arvaddan), mənə hökmranlıq edən övladdan, mənim üçün əziyyətə çevrilən mülkdən, gözləri ilə məni görüb, qəlbi ilə məni güdən, məndə yaxşı bir xüsusiyyət gördükdə onu gizlədib, pis xasiyyət gördükdə isə insanlar arasında yayan pis dostdan Sənə sığınıram.»
ət-Tabarani, Əd-dua
Comments
Post a Comment