"TOX OLUNCA NAMAZI VƏ ZİKRİ ÇƏTİNLƏŞDİRƏRƏM"



Rəvayət edilir ki, bir dəfə şeytan Yəhyaya (Allahın ona salamı olsun) görünür. Üzərində müxtəlif asqılar var idi. Yəhya:

"Ey şeytan, üzərində gördüyüm bu asqılar nədir"? Deyə soruşur. O da:

"İnsanları onlarla aldatdığım şəhvətlərdir". Deyir. Yəhya:

"Bəs mənim üçün bir şey varmı"? Deyə soruşur/ Şeytan belə deyir:

"Bəlkə tox olarsan, namaz və zikri sənin üçün çətinləşdirərəm". Deyir. Yəhya:

"Bəs bundan başqa bir şey varmı"? Deyir. Şeytan:

"Xeyr". Deyir. Bunun üzərinə Yəhya:

"Allaha and olsun ki, qarnımı heç vaxt doyurmayacağam". Deyir. 


İbnul-Cevzi “Şeytanın hiylələri”

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?