XƏSİSLİK
Uca Allah buyurur:
“O kəsləri ki, özləri xəsislik edir, insanlara da xəsislik etməyi əmr edirlər. Kim haqdan üz çevirsə, bilsin ki, Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir. (əl-Hədid surəsi, 24)
Abdullah ibn Amr (radiallahu anhu) demişdir: (Bir gün) Peyğəmbər (sallallahu aleyhi və səlləm) xütbə verərək demişdir:
«Xəsislikdən həzər edin. Həqiqətən də sizdən öncəkilər xəsislik səbəbilə məhv oldular. (Nəfsləri) Onlara paxıllığı əmr etdi. Onlar da paxıllıq etdilər. Onlara qohumluq əlaqələrini kəsməyi əmr etdi. Onlar da kəsdilər. Onlara pisliyi (və ya yalan danışmağı) əmr etdi, onlar da etdilər.» (Əbu davud "Səhih Sünən”)
Comments
Post a Comment