ŞEYTANIN İNSANLARI HƏLAK ETDİYİ İKİ ŞEY
Səlim ibn Abdullah atasının belə dediyini rəvayət edir:
Nuh (Allahın ona salamı olsun) gəmiyə mindikdə tanımadığı bir qocanı gəmidə gördü. «Bura niyə girdin?» soruşduqda, qoca belə cavab verdi
«Bədənləri səninlə olduqları halda qəlbləri mənimlə olsun deyə, dostlarının qəlbinə girdim».
Nuh dedi: «Çıx oradan, ey Allahın düşməni!»
Şeytan ona qulaq asmayaraq deyir: «İnsanları beş şeylə həlak edirəm. Sənə bunların üçünü bildirəcəyəm»
Uca Allah Nuha belə vəhy etdi: «O üçünə ehtiyacın yoxdur, digər iksini söyləməsini istə»
Şeytan dedi: «İnsanları həlak etdiyim iki şey həsəd (paxıllıq) və tamahkarlıqdır, çünki həsəd səbəbilə mən Cənnətdən və Allahın rəhmətindən qovularaq şeytan oldum. Tamahkarlığa görə isə Adəm (Allahın ona salamı olsun) Cənnətdən çıxarıldı, halbuki Cənnət ona tamamilə mübah idi»
“Şeytanın Hiylələri” İbnul-Cevzi
Comments
Post a Comment