O, SƏNİN ÜÇÜN YERDƏ NUR, GÖYLƏRDƏ SAXLANCDIR
Əbu Zərr (Allah ondan razı olsun) deyir:
-Ey Allahın Rəsulu, mənə tövsiyə et, - dedim.
O (Sallallahu aleyhi va səlləm):
-Allahdan qorx, təqvalı ol! Çünki hər işin başı təqvadır, - dedi.
-Ey Allahın Rəsulu, daha çox tövsiyə et, -dedim.
-Quranı çox oxu! Çünki o sənin üçün yerdə nur, göylərdə saxlancdır, -dedi. (İbn Hibban)
Comments
Post a Comment