HƏYA HAQQINDA
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yüksək xüsusiyyətlərindən biri də onun çox həyalı bir insan olması idi. Belə ki, Əbu Səid əl-Xudri -radiyallahu anh- onun haqqında belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm) örtüklərinin içində bakirə qızdan daha həyalı idi. Onun xoşlamadığı bir şey olduğu zaman biz bunu onun üzündən hiss edərdik" (Buxari).
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
“Həya bütünlüklə xeyirdir»
Digər rəvayətdə:
«Həya imandandır.» (Əbu Davud “Səhih Sünən”)
Əbu Məsud (radilallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «İlk peyğəmbərlik kəlamından insanların yaddaşında qalan (və zamanımıza qədər gəlib çatan) söz belədir:
«Utanmırsansa, istədiyini et.» (Əbu Davud “Səhih Sünən”)
Comments
Post a Comment