"ƏGƏR ONA HEÇ NƏ VERMƏSƏYDİN, SƏNƏ BİR YALAN YAZILACAQDI"
Abdullah ibn Amir (radiallahu anhu) demişdir:
"Bir gün Rəsulullah (sallallahu aleyhi və səlləm) evimizdə oturarkən anam məni çağırdı və dedi: Gəl sənə bir şey verim. Bu zaman Peyğəmbər anama dedi: « Ona nə vermək istəyirsən?» Anam dedi: Ona bir quru xurma verəcəkdim. Bu zaman Peyğəmbər ona belə buyurdu: «Əgər ona heç nə verməsəydin, sənə bir yalan yazılacaqdı.»
Əbu Davud "Səhih Sünən"
Comments
Post a Comment