AYIN (HİLALIN) BİR ÖLKƏDƏ DİGƏRLƏRİNDƏN BİR GÜN TEZ GÖRÜNMƏSİ
“PEYĞƏMBƏR BİZƏ BELƏ ƏMR ETMİŞDİR”
Kureyb demişdir: Bir dəfə Ümmü Fəzl Bint Əl-Haris məni Şama Müaviyənin yanına göndərdi. Mən Şama çatıb Ümmü Fəzlin tapşırığını yerinə yetirdim. Orada ikən Ramazan ayı girdi. Biz hilalı cümə gecəsi gördük. Ayın axırında Mədinəyə çatdım. İbn Abbas məndən hilal barəsində soruşaraq: «Hilalı nə zaman gördünüz?» - dedi. Mən: «Cümə gecəsi gördüm» -dedim. O dedi: «Sən özün gördün?» Mən: «Bəli, mən də gördüm, insanlar da görüb oruc tutdular. Müaviyə də oruc tutdu.» - dedim. İbn Abbas dedi: «Biz isə hilalı şənbə gecəsi gördük. Orucu da otuz günü tamamına və ya yeni hilalı görənə qədər tutacağıq.» Mən dedim: «Məgər Müaviyənin görməyi və orucu sənə kifayət deyil?» O: «Xeyir, Peyğəmbər bizə belə əmr etmişdi» - dedi
Əbu Davud "Səhih Sünən"
Bu dəlildir ki, orucu öz yaşadığın ölkə ilə açmalısan.
“Oruc, insanların oruc tutmağa başladığı zaman başlayır və onların oruc tutmağı dayandırdıqları zaman başa çatır”
Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) belə buyurmuşdur:
“Oruc, insanların oruc tutmağa başladığı zaman başlayır və onların oruc tutmağı dayandırdıqları zaman başa çatır”
Tirmizi. Şeyx Albani hədisi “səhih” adlandırmışdır
İbn Teymiyyə və başqa alimlər bu hədisi izah edərək bildirmişlər ki, bir müsəlmanın öz xalqına (camaatına) müxalif olaraq fərdi şəkildə oruc tutmağa başlaması və onu tək başa çatdırması qadağandır! Hətta ayı öz gözləri ilə görmüş olsa belə.
İbn Teymiyyə (Allah ona rəhmət etsin) belə demişdir:
“İnsan təkbaşına oruc tutmağa başlayıb, bitirməməlidir. Hətta o, təzə ayı öz gözləri ilə görmüş olsa belə. O, oruc tutmağa camaatla başlamalı və camaatla da orucu başa çatdırmalıdır. Peyğəmbərin (Ona Allahın salavat və salamı olsun) hədisində deyildiyi kimi” (Bax: “Məcmu əl-Fətava”).
İbn əl-Qəyyim (Allah ona rəhmət etsin) belə demişdir:
“Təzə ayı görmüş bir insanın şahidliyi hakim tərəfindən qəbul edilməzsə, həmin şəxs təkbaşına oruc tutmamalıdır” (Bax: “Təhzib əs-Sünən”).
Buna görə də, bu məsələ ilə bağlı qatı şəkildə əksər alimlərin tərəfini saxlamasına və “yalnız bu fikir haqdır, digərləri isə yanlışdır” ˗ deməsinə baxmayaraq, şeyx Albani eyni zamanda belə deyirdi: “Müsəlman ölkələri bu rəy ətrafında birləşmədiyi halda, mən hesab edirəm ki, hər bir xalq öz ölkəsinin əhalisi ilə oruc tutmalı və bu məsələdə fikirayrılığına yol verməməlidir.” (Təmam əl-Minnə).
Comments
Post a Comment