XƏVARİCLƏRİN (ONLARIN NÖVLƏRİNİN – HİZBİLƏRİN, TƏKFİRÇİLƏRİN VƏ S.) AZMA SƏBƏBLƏRİ

1. Quranı öz rəylərinə uyğun təfsir edirlər.


Rəsullullah (Allahın ona salavatı və salamı olsun) belə buyurur: 


"Kim Quranı öz rəyinə uyğun təfsir etsə, odda yerini hazırlasın" (Təfsir) 

"Kim mən Cənnətliyəm desə, oddadır" (Şeytanın Hiylələri İbnul-Cevzi) 


Xalid: "Nə qədər namaz qılanlar var ki, ürəklərində olmayanı dilləri ilə deyirlər" —dedi. Rəsullulah: 

"Mənə insanların qarınlarını yarıb qəlblərini araşdırmaq əmr olunmadı" buyurdu. Rasulullah sonra ona baxaraq (Peyğəmbərə "ədalətli ol" deyən xəvariclərin atası Zul Xuveysrəyə) 

"Bu insanın nəslindan elə qövmlər gələcək ki, quranı oxuyacaqlar, amma quran boğazlarından aşağı geçməyəcək. Onlar oxun yaydan çıxdığı kimi dindən çıxacaqlar" dedi (Buxari, Muslim) 



Digər rəvayətdə: 


"Mənə insanların qəlbini yarıb və qarnını deşib imanlarını araşdırmaq əmr edilmədi". 

Buxari, Meğazi 61; Müslim, Zekat 144

«Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım camaatı doğru yola yönəltməz». (əl-Ənam surəsi, 144)

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?