XEYRİ GÖSTƏRƏN HAQQINDA
Əbu Məsud əl-Ənsari (radiallahu anhu) belə rəvayət edir: «Bir kişi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gələrək dedi: «Mənim miniyim həlak oldu, məni tərkinə al!» Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona: «Məndə (səni tərkinə alacaq) bir şey yoxdur. Lakin sən filankəsin yanına get. Ola bilsin ki, o, səni tərkinə alar.» O, kişinin yanına gəldi. O da onu tərkinə aldı. Sonra Peyğəmbərin yanına gəlib ona xəbər verdi. Peyğəmbər buyurdu:
«Xeyri göstərənə, xeyri edənin misli qədər savab vardır.»
Əbu Davud “Səhih Sünən”
Comments
Post a Comment