ƏRİM MƏNİMLƏ MARAQLANMIR, NƏ EDİM? ARDI...
Əgər kişi öz qadınının yuxarıda sadaladığımız bu haqlardan birini və ya bir neçəsini yerinə yetirmirsə, böyük günah qazanır. Bu halda qadın nə etməlidir? 1⃣ İlk növbədə qadın Uca Allaha çoxlu dua etməlidir ki, Allah ərini islah etsin. Çünki qəlblər Uca Allahın əlindədir. Duaların qəbul olunmasına səbəb olan əməllər (namaz qılmaq, sədəqə vermək, valideynlərə yaxşılıq etmək, Quran oxumaq və s. əməllər) etməlidir. Həmçinin, duaların qəbul olan vaxtlarında (gecənin son üçdə biri, namazda səcdə halında, yağış yağanda və s. vaxtlarda) daha çox dua etməlidir. 2⃣ Kişiyə həm qadın özü nəsihət etməli, həm də kişiyə sözü keçən adam vasitəsilə nəsihət olunmalıdır. Əbu Dərda (həyat yoldaşı) Ummu Dərdaya (Allah onlardan razı olsun) belə deyir: "Mən qəzəbləndikdə, məni razı sal, sən qəzəbləndikdə isə mən səni razı salım. Əgər biz bu cür olmasaq, necə də tez ayrıla bilərik!" ("Ravdatul-Uqaləə" əsəri, səh, 72). Ailə haqlarını yerinə yetirməmək dünyada müsibət və bəlal...