ORUCU BATİL EDƏN ŞEYLƏR
✔ Heyz və nifas (günəş batmamışdan qabaq baş versə).
✔ Cinsi əlaqə. Oruclu ola-ola qadını ilə bilərəkdən cinsi əlaqədə olan günahını yumaqdan ötrü 60 gün dalbadal oruc tutmalı, tutduğu günlərdə orucunu pozarsa, yenidən oruc tutmağa başlamalıdır.
✔ Qəsdən qusmaq.
✔ Qəsdən yemək və içmək. Unutduqda batil olmur, belə ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun -buyurmuşdur:
“Oruclu ikən unudaraq yeyən və içən oruca davam etsin, çünki Allah onu yedirib və içizdiribdir” (əl-Buxari, 1933).
Unudaraq yeyən və içən oruc tutmağa davam etməli, orucunu dayandırmamalı və sonra da tutmamalıdır.
✔ Siqaret çəkmək, saqqız çeynəmək və qidalandırıcı iynələr vurdurmaq.
Comments
Post a Comment