"SİZƏ GÖRƏ ƏN ÇOX QORXDUĞUM KƏS!"





Huzeyfə (radiyallahu anhu) rəvayət edir ki, Allah Elçisi (sallallahu aleyhi və səlləm) demişdir:

"Sizə görə ən çox qorxduğum kəs, Qur'an oxuyan və Qur'anın gözəlliyi üzərində görsənib, İslama dayaq olduqdan sonra, İslamdan çıxıb, Qur'anı qulağardına vurub, qonşusunu şirkdə ittiham edib, onun üzərinə qılıncla şığıyan kişidir."

Huzeyfə (radiyallahu anhu) dedi ki, mən soruşdum:

"Ey Allahın Elçisi, bu ikisindən hansı birisi şirkə daha yaxındır (daha layiqdir), ittiham edən, yoxsa ittiham olunan?"

Allah Elçisi (sallallahu aleyhi və səlləm) buyurdu:

"Əlbəttə (qonşusunu şirkdə) ittiham edən."

Hədisi əl-Buxari, "ət-Tərix" kitabında, Əbu Yəla, İbn Hibbən, əl-Bəzzər rəvayət etmişlər.

Şeyx Albani "Silsilə əs-Sahihə"-də (№ 3201) səhih olduğunu bildirmişdir.

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?