ALLAHIN "ƏS-SEYYİD" ADININ MƏNASI




İNSANI ÜZÜNƏ TƏRİFLƏMƏYİN QADAĞAN OLMASI

əs-Seyyid sözü ağalıq edən, idarə edən deməkdir. Allahın əs-Seyyid adı Peyğəmbərin hədisində zikr edilir. Abdullah ibn Şixxir demişdir: 

“Mən Amir oğul­la­rından bir dəstə ilə birgə Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanına gəldim. Onlar Peyğəmbərə: “Sən bizim seyidimizsən!” O isə: “əs-Seyyid Allahdır!”– dedi. Onlar de­di­lər: “Sən həm fə­zi­lət, həm də əliaçıqlıq baxımından bizdən üstünsən!” O bu­yurdu: “Sö­zünüzü deyin! Qoy şeytan sizi öz havadarlarına çe­vir­məsin.”(əl-Buxari, Ədəbul-Mufrad, 211)


Yəni dininizin sizə buyurduğu sözləri deyin və ifrata varmayıın. Hədislərin birində Ənəs ibn Malik rəva­yət edir ki, bir dəfə bir nəfər Peyğəmbərə dedi: 

“Ey Muhəmməd! Ey seyidimiz və seyi­dimizin oğlu, xeyirlimiz və xeyirlimizin oğlu!” Onda Peyğəmbər belə buyurdu: “Ey in­sanlar, Allahdan qorxun! Şeytan sizi öz yoluna çəkməsin. Mən Ab­dullahın oğlu Muhəmmədəm, Allahın qulu və rəsuluyam. Vallahi, mən istəmirəm ki, siz məni Allahın məni yüksəltdiyi məqam­dan daha yüksək tutasınız” (Musnəd İmam Əh­məd, 3/153). 

əs-Seyyid olan Allah bütün yaratdıqlarına ağalıq edən, bütün işləri idarə edən və yoluna qoyandır. Göylərin və yerin səltənəti Onun əlindədir.

http://zikr.az/node/7479

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?