"ƏCƏLİN BU İŞİNİZDƏN DAHA TƏCİLİ VƏ DAHA SÜRƏTLİ OLDUĞUNU DÜŞÜNÜRƏM"
Abdullah ibn Amr (radiyallahu anhu) demişdir:
«Daxmamıza əl gəzdirərkən yanımızdan keçən Allah Rəsulu (sallallahu aleyhi və səlləm): «Nə işlə məşğul olursunuz?» — deyə bizdən soruşdu. Cavabında: «Uçulub-dağılan bu daxmanı təmin edirik,» — dedik. Bundan sonra buyurdu: «Əcəlin bu işinizdən daha təcili və daha sürətli olduğunu düşünürəm.»
Əbu Davud, Ədəb 169
Comments
Post a Comment