ƏN FƏZİLƏTLİ İSTİĞFAR
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
“Ən üstün istiğfar belədir: “Allahım, Sən mənim Rəbbimsən. Səndən başqa məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Bacardığım qədər Sənə verdiyim əhdə və vədə sadiq qalacağam. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!” (Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Kim gündüz vaxtı bu duanı yəqinliklə deyər və həmin gün axşam düşməzdən əvvəl ölərsə, Cənnət əhlindən olar. Habelə kim axşam ikən bunu yəqinliklə deyər və səhər açılmazdan əvvəl ölərsə, Cənnət əhlindən olar.”
əl-Buxari, 6306
İstiğfar (Allaha yalvararaq günahlarının bağışlanmasını istəmək)
Comments
Post a Comment