SƏHABƏLƏRİN ALLAH QORXUSU
Səhabələrin başlarına müsibət gəlməyəndə deyirdilər ki, görəsən hansı günahımıza görə Allah bizə müsibət göndərmir? Müsibət gələndə deyərdilər ki, görəsən biz hansı xeyirli əməl etmişik ki, Allah bizə bunu göndərib?
Böyük alim Həsən Bəsri (Allah ona rəhmət etsin) demişdir:
"Siz səhabələri görsəydiz onları (dinlərinə tam bağlı olduqları üçün) dəli hesab edərdiniz. Onlar (səhabələr) isə sizi görsəydilər, sizi müsəlman zənn etməzdilər".
Həsən əl-Bəsridən (rahimahullah) belə rəvayət olunur:
“Allahdan yalnız mömin qorxar, Ondan (Onun əzabından) yalnız münafiqlər özünü rahat, güvəndə hiss edərlər..”
Uca Allah Öz Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) münafiqlərin adlarını bildirmişdir. Bu sirri Peyğəmbərimiz yalnız Huzeyfəyə (Alllah ondan razı olsun) bildirmişdir. Ömər (Allah ondan razı olsun) Huzeyfəyə:
“Allah xatirinə söylə, Rəsulullah münafiqlərin adları arasında mənim də adımı zikr etdimi?” – dəyincə, O: “Xeyr” – cavabını vermiş, sonra: “Səndən sonra heç kimə Peyğəmbərin söylədiyi adlar arasında olub-olmadığını söyləməyəcəyəm” dedi..
http://www.islamevi.az/?p=3510
Comments
Post a Comment