İŞİD İXVAN TÖRƏMƏSİ VƏ XƏVARİCLƏRDİR! - ŞEYX SALEH ƏL-FOVZAN






İŞİD-i sələfilərə aid edənlərə Şeyx Saleh əl-Fovzanın cavabı

Sual:

“əl-Qaidə və İŞİD terror təşkilatları sələfiliyin törəməsidir!”, “Durərus Səniyyə kitabı terror mənbəyidir!” deyərək Sələf Salehin əqidəsinə tənə edən bəzi həmvətənlərimiz haqda nə deyə bilərsiniz?

Şeyx Saleh əl-Fovzan:

“Bu insanları azdırmaqdır. Bu sözün özü elə terrordur. İnsanları haqq dəvətdən, tövhid və sünnə dəvətindən qorxutmaq özü terrordur. Sələfi dəvətinə aid olmayanı, yolunu azmış dəstələri əhli sünnəyə və Durərus Səniyyə kitabına nisbət etmək yalan və iftiradır. Bu iddiaçı Allah yoluna dəvətin qarşısını almaq və özü istədiyi yönə çəkmək istəyir. İnsanları sələfin yolundan uzaqlaşdırıb, azdırmaq istəyir. Halbuki sələfin məzhəbindən başqa nicat yolu yoxdur. İmam Malik (Allah ona rəhmət etsin) demişdir: “Bu ümmətin axırı əvvəlinin islah olunduğu (Quran və sünnə) ilə islah olunacaqdır.”

Bu Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sözündə deyildiyi kimidir. “Bu ümmət yetmiş üç firqəyə bölünəcəkdir. Birindən başqa hamısı cəhənnəmlikdir.” Səhabələr dedilər: “O kimdir ey Allahın elçisi!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Onlar bu gün mənim və əshabələrimin tutduğu yolda olanlardır.”

Doğru mənhəc, düzgün yol budur”.

http://selefxeber.az/islamin-sesi/isid-ixvan-toremesi-ve-xevariclerdir-seyx-saleh-el-fovzan-video


Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?